Rövşən Əhmədli polis bölməsinə çağırılıb 21 Sentyabr 2016 01:00 Ölkə Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Hacı Rövşən Əhmədli bu gün səhər saat 9-da Binəqədi Rayon polis bölməsinə çağrılıb Maide.Az bildirir ki, vetenugrunda.az-a R.Əhmədlinin yaxınlarının verdiyi xəbərə görə, onu bu gün səhər Binəqədi polisinə çağırıblar. Çağırılma səbəbinin isə Rövşən Əhmədlinin sentyabrın 17-də "Məhsul" stadionunda baş tutan mitinqdəki çıxışı olduğu bildirilir. Qeyd edək ki, Milli Şuranın 17 sentyabrda "Məhsul" stadionunda keçirdiyi etiraz aksiyasında R.Əhmədli siyasi məhbus Hacı Tale Bağırzadənin xalqa ünvanladığı bəyanatını da səsləndirmişdi. Teqlər : #Rövşən Əhmədli polis bölməsinə çağırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni xakerlər iki Azərbaycan saytına hücum etdilər Evləri sökülənlərin eşidilməyən səsləri