Sərnişindaşıma tarifləri ucuzlaşıb 09 Fevral 2015 02:00 Ölkə 2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən nəqliyyat sektorunda həm yükdaşıma tarifləri, həm sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən Maide.az-a məlumat verilib. Sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3 faiz, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7 və 32,6 faiz ucuzlaşma müşahidə olunub. Statistika Komitəsinin məlumatına görə, ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb. Teqlər : #Sərnişindaşıma tarifləri ucuzlaşıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda daha bir neft şirkətində ixtisarlar başladı Ziya Məmmədovun nazirliyində müəmmalı yerdəyişmə