Səfir: Azərbaycan və İran arasında ticarət dövriyyəsi 75 faiz artıb

Səfir: Azərbaycan və İran arasında ticarət dövriyyəsi 75 faiz artıb

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlətlərarası Müştərək Komissiyanın növbəti iclası dekabrın axırında Bakıda keçiriləcək.  
 
Maide.Az xəbər verir ki, bunu İranın Fars agentliyinə müsahibəsində Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov deyib. 
 
B.Hüseynov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra indiyədək Bakı-Tehran arasında 127 sənəd imzalanıb ki, onlardan 40-ı iqtisadi sahələrdə əməkdaşlığa dair sənədlərdir. 
 
O əlavə edib ki, hazırda müzakirələr aparılır və  iqtisadi sahədə iki ölkə arasında daha 21 sənəd imzalanacaq.  
 
B.Hüseynov deyib ki, Azərbaycan və İran arasında müxtəlif məhsulların idxalı və ixracı sahəsində , eləcədə  bank əmkdaşlığı sahəsində əməkdaşlıq yaxşı səviyyədə qurulub və cari ilin ilk 9 ayında iki ölkənin ticarət dövriyyəsi 75 faiz artıb. 
 
 
 

Google+ WhatsApp ok.ru