Səfir: Azərbaycandan İraqa Ərbəin ziyarətinə gedən zəvvarların sayı artıb 06 Noyabr 2018 12:52 Ölkə Azərbaycandan bu il İraqa müqəddəs ziyarətgahlara gedən zəvvarların sayı əvvəlki illərdəkindən çox olub. Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı səfiri Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib. Səfir bildirib ki, İraqa gedən zəvvarlarla bağlı hər hansı bir problem yaranmayıb: "İraqa gedən zəvvarların viza almasına köməklik göstərilib. Ümumilikdə bu ilin Məhərrəm ayında Azərbaycandan İraqa 14 min nəfərə yaxın zəvvar gedib". Teqlər : #Səfir:,#Azərbaycandan,#İraqa,#Ərbəin,#ziyarətinə,#gedən,#zəvvarların,#sayı,#artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abituriyentlərin nəzərinə! Sabaha olan hava proqnozu açıqlanıb