Sabaha olan hava müəyyənləşdi 18 Aprel 2016 01:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, aprelin 19-da paytaxt və yarımadada axşama doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq. Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq. / Teqlər : #Sabaha olan hava müəyyənləşdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan bəzi məhsulların idxal və satışını ƏDV-dən azad edəcək Müəllimlər biliyinə görə maaş alacaq?