Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Dekabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-3° isti,  gündüz  5-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85%, gündüz 60-65%  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2°  şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru