Sabaha olan hava proqnozu açıqlanıb 23 Dekabr 2016 02:00 Ölkə Bakı və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 1-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. / Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq - AÇIQLAMA İşığı kəsilən köçkünlər yolu bağladılar - VİDEO