Sabaha olan hava proqnozu açıqlanıb 12 Aprel 2017 01:00 Ölkə Aprelin 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək Maide.İnfo xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz 12-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir. / Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Hacı Cavad` məscidinin qarşısına dindarlar toplaşıb, saxlanılanlar var - FOTO, VİDEO -YENİLƏNİB1 `Azərbaycan əhalisinin 87 faizi internet istifadəçisidir`