Sabaha olan hava proqnozu açıqlanıb 27 Dekabr 2018 13:18 Ölkə Sabah sulu qar yağacaq Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. MaideAz bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın az sulu qarla yağması ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təşkil edəcək. Teqlər : #Sabaha,#olan,#hava,#proqnozu,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda bu maddənin istifadəsi tamamilə məhdudlaşdırılır Dayanma, durma qaydalarını pozmuş sürücü avtomobilin yanında olmadığı və yol hərəkətinə maneə yaratdığı halda... – Yeni qaydalar