Sabah Azərbaycanın rayonlarında 28 dərəcə isti olacaq 11 May 2016 01:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi əsəcək. Bu barədə Maide.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında mayın 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq. / Teqlər : #Sabah Azərbaycanın rayonlarında 28 dərəcə isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Güclü yağış Mingəçevirdə fəsadlar törədib Türkiyədə qanlı terror 5 can aldı