Sabah Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək 05 Avqust 2016 01:00 Ölkə Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Teqlər : #Sabah Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Putin: “Rusiya, Azərbaycan və İran yaxınlığında qeyri-sabitlik ocaqlarının olması bizi narahat etməyə bilməz” Su ehtiyatlarının qeyri-bərabər paylanması regionlarda su qıtlığı yaradır