Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq
 
Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
 
Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 21-də paytaxt və yarımadada mülayim şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 10-13 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 11-13 dətrəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 5-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru