Sabah Azərbaycan hava küləkli və yağışlı olacaq

Sabah Azərbaycan hava küləkli və yağışlı olacaq

Rayonlara qar yağacaq

Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 4-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 779 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir..  /
 

Google+ WhatsApp ok.ru