Sabah Bakıda mülayim cənub küləyi əsəcək, 29-31 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında iyulun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
 
İyulun 21-də bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru