Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Oktyabrın 23-də Bakı və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 8-10° isti, gündüz 11-14° isti, Bakıda gecə  8-10° isti, gündüz  11-13° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   80-90 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 6-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru