Sabah bu ərazilərdə qaz olmayacaq 27 Fevral 2017 02:00 Ölkə Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür Fevralın 28-də saat 10:00-dan 18:00-dək Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin, Cəlilabad rayonunun Günəşli, Alar, Təzəkənd və Qarazəncir kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin balansında olan “Ceyranbatan” və “Qobu”, Ağdaş magistral qaz kəmərləri sahəsinin balansında olan “Ucar”, “Lək” və “Zərdab”, Astara magistral qaz kəmərləri sahəsinin balansında olan “Günəşli” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq carı təmir işləri ilə əlaqədardır. Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. / Teqlər : #Sabah bu ərazilərdə qaz olmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lift pulunu vaxtında ödəyən sakinlər liftsiz qalıb Bakının bu prospekti sabahdan bağlanacaq