Sabah bu rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah bu rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Təmir müddətində İsmayıllı rayonunun 7 kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq
 
Dekabrın 28-də saat 10:00-dan 15:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Maide.Az SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. /

Google+ WhatsApp ok.ru