Sabahdan bu yollarda hərəkət məhdudlaşacaq - SİYAHI

Sabah Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. 
 
“Qafqazinfo”nun Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 1-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Bakı şəhərində:
 
Bayraq meydanından Bibiheybət məscidinədək (Salyan şosesi, əks istiqamətdə) saat 10:00-dan 10:40-dək,
 
Bakı-Ələt yolunda:
 
Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində) saat 10:30-dan 11:10-dək,
 
Sahil-Z.Tağıyev qəsəbələrini birləşdirən yolda:
 
Sahil-Z.Tağıyev yolu (hər iki istiqamətdə) saat 11:00-dan 12:00-dək,
 
Bakı-Şamaxı yolunda:
 
Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində) saat 11:50-dən 12:15-dək,
 
Bakı-Sumqayıt yolunda:
 
Bakı-Sumqayıt yolu, Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində) saat 12:10-dan 12:25-dək,
 
Masazır-Novxanı-Sumqayıt yolunda:
 
Masazır-Novxanı yolu (hər iki istiqamətdə) saat 12:15-dən 12:30-dək,
 
Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə) saat 12:20-dən 12:45-dək,
 
Sumqayıt şəhərində:
 
Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh pr-ləri, habelə Üzeyir Hacıbəyov küçəsi ilə Babək pr-nin kəsişdiyi ərazi saat 12:30-dan 14:30-dək.

Google+ WhatsApp ok.ru