Sabahdan havanın tempuraturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ 04 Dekabr 2020 12:48 Ölkə Sabahın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq. Dekabrın 5-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Dekabrın 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. XƏBƏRDARLIQ Milli Hidrometeorologiya Xidməti temperaturun enəcəyi ilə bağlı xəbərdarlıq edib. Dekabrın 5-dən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək. Teqlər : #Sabahdan,#havanın,#tempuraturu,#dərəcə,#aşağı,#enəcək,#XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI Bankomatların birgə şəbəkəsi yaradılıb