Sabah da qar yağacaq, yollar buz bağlayacaq

Sabah respublika ərazisində qar yağacağı gözlənilir.
 
Maide.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,  yanvarın 2-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var.
 
Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
 
Yanvarın 2-də Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Yollar buz bağlayacaq.
 
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir./
 

Google+ WhatsApp ok.ru