Sabah hava necə olacaq? 19 Noyabr 2014 02:00 Ölkə Bakıda və Abşeron yarımadasında noyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Teqlər : #Sabah hava necə olacaq?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hərbi xidmətə yollanmaq üçün qeydiyyata getməyənlər cərimə olunacaq Xəzərdə müəmma (VİDEO)