Sabah hava necə olacaq?

Dekabrın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar intensivləşəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. apa /

Google+ WhatsApp ok.ru