Sabah havanın temperaturu 20 dərəcəyə yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyə yüksələcək.
 
Maide.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 23-də Bakıda və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3-7, gündüz 12-17 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. /
 

Google+ WhatsApp ok.ru