Sabah ölkə ərazisinə yağış yağacağı gözlənilir 08 Noyabr 2014 02:00 Ölkə Bakı və Abşeron yarımadasında noyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Maide.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, havanın temperaturunun gecə 5-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 9-da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. / Teqlər : #Sabah ölkə ərazisinə yağış yağacağı gözlənilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu avtobusu dayanacaqdan kənarda saxlatdırmaq 40 qəpikdir Deputatdan DYP-yə sərt ittiham: «Nömrələri bazar qiymətinə satırlar»