Sabahın hava proqnozu açıqlanıb 17 Oktyabr 2018 12:35 Ölkə Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 19-22, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz olacaq. Azərbaycanın rayonlarında oktyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək. Teqlər : #Sabahın,#hava,#proqnozu,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Paytaxt küçələrində 76 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq Yanvar-sentyabr aylarında ərzağa nə qədər pul xərclənib?