Sabahın hava proqnozu açıqlanıb 19 Dekabr 2019 12:47 Ölkə Azərbaycanda sabaha gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 11-16, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında mülayim şimal küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Teqlər : #Sabahın,#hava,#proqnozu,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının bu qəsəbəsində suyun verilməsi məhdudlaşdırılacaq 'Hicablı fotoşəkilli pasportlara icazə verilməsi ilə bağlı böyük gözləntilər var...' – Hacı İlqar İbrahimoğlu