Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi,  səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə , havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək.  
 
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
 
Sentyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 18-22, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.   
 
Tibbi-meteoroloji proqnoz
 
Sentyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Google+ WhatsApp ok.ru