Serbiya müdafiə naziri Azərbaycana səfərə gəlir

Avqustun 11-də Serbiyanın müdafiə naziri Bratislav Qaşiç Azərbaycana rəsmi səfərə gəlir
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Bratislav Qaşiçin  Azərbaycan Müdafiə Nazirliyində görüşü planlaşdırılır. Serbiyalı nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
 
Səfər avqustun 13-dək davam edəcək./

Google+ WhatsApp ok.ru