`Sevilya` ardıcıl 3-cü dəfə Avroliqanın qalibi oldu - VİDEO

Bu gün Avropa Liqasında final oyunu keçirilib.
 
Trend-in məlumatına görə, həlledici görüşdə "Liverpul" və "Sevilya" komandaları üz-üzə gəlib.
 
İndiyədək dörd dəfə Avropa Liqasının kubokunu qazanan "Sevilya" həm də turnirin son qalibi idi.
 
"Liverpul" isə üç dəfə UEFA kubokunu qazanıb. İngiltərə təmsilçisi sonuncu dəfə 2000-2001 mövsümünün finalında İspaniya təmsilçisi "Alaves"ə qalib gələrək o zaman UEFA kuboku adlanan turnirin qalibi olub.
 
İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma "Sevilya"nın qələbəsi ilə yekunlaşıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan İspaniya təmsilçisi ikinci hissədə 3 qol vurmaqla görüşdən qalib ayrılb - 3:1. Bununla da, "Sevilya" ardıcıl 3-cü, tarixində isə 5-ci dəfə turnirin qalibi adını qazanıb.
 
Qollar: Daniel Staric, 35 (1:0), Kevin Qameyro, 46 (1:1), Koke, 64 (1:2), 70 (1:3)
 

Google+ WhatsApp ok.ru