`Silahlı Qüvvələr ehtiyac olarsa həmişə rol oynamağa hazır olmalıdır`-FOTO

`Silahlı Qüvvələr ehtiyac olarsa həmişə rol oynamağa hazır olmalıdır`-FOTO

Bu gün Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə Şəhid Səttari adına Hərbi Aviasiya Akademiyasında İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının müdavimlərinin dördüncü birgə buraxılış və andiçmə mərasimi keçirilib.
 
Maide.Az xəbər verir ki,  mərasim zamanı çıxış edən Ali Rəhbər Silahlı Qüvvələrin “iman və inanc”, “ elm və texnologiya” və təşkilatlanma və nizam-intizam baxımından hər gün hazırlıq vəziyyətinin yüksək olmasının zərurətindən danışıb və bildirib ki, bu gün İran xalqı İslam, İstiqlal və Allah dininə inanc və öz yüksək dəyərlərinə sadiq qaldığı üçün çox geniş miqyasda düşmənlərlə üzbəüzdir. Silahlı Qüvvələr ehtiyac olarsa həmişə rol oynamağa hazır olmalıdır.
 
Ayətullah Xamenei gənc, mömin və işə yarayan ordunu bu ölkə üçün böyük və həqiqi sərvət adlandırıb. 
"“Müqəddəs Müdafiə" dövründə çox çətin bir sınaq idi, və bununla İran İslam Respublikası ordusunun gücü aşkarlandı və Silahlı Qüvvələrin əli ilə necə parlaq və böyük işlər görüldü”.
 
Ayətullah Xamenei Silahlı Qüvvələrin Hərbi Akademiyaların görüləcək zəruri işlərdən birinin "Müqəddəs Müdafiə" dövrü ilə tələbələri tanış etmək və gənc nəsilə həmin vəziyyəti  açıqlamaq olduğunu vurğuladı. “8 illik müharibə əslində böyük güclərin, onların regiondakı qulluqçularının İran xalqına, İnqilabına, İslam sisteminə, dəyərlərinə, mahiyyətinə və sərhədlərinə edilmiş hərtərəfli bir müharibə idi. Bu böyük oyundan İran xalqı və Silahlı Qüvvələri, Allaha inam, müqavimət və iman gücü ilə, Ruhullaha söykənərək, qiyam etdilər və  bütün güclərə qələbə çala bildilər”. 
 
Ayətullah Xamenei bildirib ki, bu gün bütün dünya, dost və düşmən öz dilində və ürəyində İran xalqı və İslam Sisteminin gücü, qorxmazlığı, ağıllılığı və böyüklüyüni etiraf edir. 
 
Ayətullah Xamenei çıxışının sonunda ölkənin gələcəyinin Allahın lütfü ilə daha da parlaq və yaxşı olacağını vurğulayıb.⁠⁠⁠⁠
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru