İslamçılar da kütləvi etiraz aksiyalarına hazırlıqlara başladı

Azərbaycan İslam Partiyasının İdarə Heyətinin toplantısı keçirilib. Yığıncaq iştirakçıları partiya sədri Mövsüm Səmədovun penitensiar xidmətin 12 saylı cəzaçəkmə müəssisəsindən Qobustandakı qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı oktyabrayın 9-da məhkəmə prosesinin başlanacağına münasibət bildirib. 
 
Partiyanın mətbuat xidmətindən  daxil olan məlumata görə, qeyd olunub ki, M.Səmədov bir neçə gün öncə cəza çəkdiyi 11 saylı həbsxanadan 12 saylı cəza çəkməmüəssisəsinə köçürülməsi və ona dərhal cərimə rejiminin tətbiqi AİP sədrinə qarşı hakimiyyətin qərəzli münasibətinin nəticəsidir: “M.Səmədovun penitensiar xidmətdən deyildiyi kimi daxili nizamı pozma əməlləri əslində olmayıb. Ona qarşı yönləndirən təzyiq və işgəncələrin səbəbləri əqidəsindən dönməməsi, istər ictimai həyatda, istərsə də həbsxanalarda baş verən qanunsuzluqlarla barışmazlığıdır. Partiyanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Ombudsmana rəsmi müraciətinin dəqiq, obyektiv araşdırılmaması nəticəsində M. Səmədova bu gün də təzyiqlərin davam etdirilməsi, hətta onun qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi baş verir. Bu isə ölkə ictimaiyyətini ciddi narahat edir, cəmiyyəti alternativ addımlar atmağa, genişmiqyaslı etiraz aksiyaları keçirməyə sövq edir.”
 
Çıxış edənlər onu da bildiriblər ki, baş verən neqativliklər hakim dairələrdə kimlərinsə ölkədə stabilliyi pozmaqda, hakimiyyətlə cəmiyyət arasında süni qarşıdurma yaratmaqda maraqlıdır: “İnanmaq olmur ki, hansısa xarici qüvvələrin İslamçılara qarşı bu kimi ədalətsiz, qərəzl imünasibət göstərmək sifarişini hakim dairədə kimlərsə belə canla-başla yerinə yetirməyə səy göstərsin, öz xalqının qeyrətli oğullarını fiziki cəhətdən məhv etməyə çalışsın. Azərbaycanın 20  faiz torpağının erməni işğalı altında qaldığı bir zamanda torpağı, dövləti, xalqı yolunda ölümə belə hazır olanların işgəncələrə məruz saxlanması milli xəyanətdən başqa birşey deyil.” 
 
Toplantı iştirakçıları İslamçılara qarşı , başda Mövsüm Səmədov olmaqla neqativ münasibətlərin aradan qaldırılması, onların cəmiyyət üçün əhəmiyyətli şəxsiyyətlər kimi dəyərləndirilməsi tələbi ilə hakimiyyətə bəyanat ünvanlayıblar. Qəbul olunan sənəddə M.Səmədovun haqsız, qeyri-qanuni həbsini xalqımıza mənəvi zərbə kimi qiymətləndirilib, onun həbsxana şəraitində belə, sakit buraxılmamasını bu ambisiyanın davamı hesab ediblər. İslamçılar haqsızlığa qarşı mübarizədə susmayacaqlarını, etirazlarını davam etdirəcəklərini birdiriblər. Bundan ötrü AİP funksionerləri kütləvi etirazaksiyalarına hazırlıq işlərinə başlayacaqlarını, aksiya üçün rəsmi müraciət edəcəklərini, əks etdirən qərar qəbul ediblər. Bildiriblər ki,  bütün addımlar qanun çərçivəsində atılacaq, vətəndaşlar konstitusion hüquqlarından istifadə edərək insan haqlarını pozanlara sözlərini deyəcəklər. 
 
Qeyd edək ki, bir neçə gün əvvəl Milli Şura da ölkədə hüquq müdafiəçilərinə və cəmiyyətin ayrı-ayrı tanınmış simaların qarşı edilən təzyiqlərə etiraz olaraq aksiyaya başlayacaqlarını açıqlayıblar.faktxeber/

Google+ WhatsApp ok.ru