İslam Partiyası ilahiyyatçı Tale Bağırzadə ilə bağlı bəyanat verib

Maide.az  İslaminsesi.org-a istinadən xəbər verir ki, Azərbaycan İslam Partiyası ilahiyyatçı Tale Bağırzadə ilə bağlı polis bölməsində baş verənlərlə əlaqədar bəyanat verib. 
 
Bəyanatda bildirilir ki, bütün bunlar ölkədə islama və islami dəyərlərə qarşı illər öncə baş qaldırmış repressiyyanın tərkib hissəsidir: “Əslində Tale Bağırzadəyə qarşı qalxmış əl ümumilikdə ölkə ruhanilərinə və ölkənin müsəlman toplumuna qarşı edilmiş hörmətsizlikdir. Görünən budur ki, son günlər MTN-lə bağlı baş verən məlum olaylar bəzi polis əməkdaşlarına dərs  olmayıb və polis rəisləri öz vəzifələrindən sui-istifadə etməkdə israrlıdırlar. Eyni halda onu da xatırlatmaq istəyirik ki, son vaxtlar ölkədə xarici qüvvələrin hökumətlə inanclılar arasında xüsusi konflikt və qarşıdurma yaratmaq cəhdləri müşahidə olunur. Mümkündür ki, Tale Bağırzadəyə qarşı əl qaldıran polis rəisi bilərəkdən və ya bilməyərəkdən sözügedən planın oyunçularından birinə çevrilsin. AİP olaraq hesab edirik ki, Tale Bağırzadəyə məlum cinayəti edən polis əməkdaşları dərhal cəzalandırılmalı və lazımı ölçülər götürülməlidir.” 

Google+ WhatsApp ok.ru