SOCAR “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətini endirib

SOCAR “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiyməti ilə bağlı məlumat yayıb
Maide.az -ın  SOCAR-ın saytına istinadən məlumatına görə, məlumatda bildirilir ki,
son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar SOCAR tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılmış və 13 yanvar 2015 ci il tarixindən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti müvafiq olaraq “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün 95 qəpikdən 93 qəpiyə endirilib.
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilmiş, 13 yanvar 2015-ci il tarixindən “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib./
 
Qeyd edək ki, yanvarın 12-si tarixində Tarif Şurası “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğun olaraq, tarif tənzimlənməsi aparıb. Qərara əsasən, yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

 

Google+ WhatsApp ok.ru