SOCAR Gürcüstanda benzinin qiymətini artırdı

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Gürcütanda benzin və dizel yanacağının qiymətini artırıb.
 
Aprelin 26-dan SOCAR-ın bütün yanacaq növlərinin qiyməti 5 tetri (2 qəpik – red.) artıb.
 
Belə ki, bu şirkətin şəbəkəsində bu gün üçün Super 1,99 lari (91 qəpik), Nano premium – 1,89 lari (87 qəpik), Avro requlyar – 1,78 lari (82 qəpik), Nano requlyar – 1,75 lari (80 qəpik), Nano dizel – 1,76 lari (81 qəpik) və Avro dizel – 1,94 laridir (89 qəpik).
 
Qeyd edək ki, yanacaq satışı üzrə bütün şirkətlərin  yanacağın qiymətini artırdığı müşahidə edilir.(oxu.az)

Google+ WhatsApp ok.ru