Son 12 ildən sonra ilk dəfə bu il iyul sərin keçib 29 İyul 2016 01:00 Ölkə Azərbaycanda 2004-cü ildən sonra ilk dəfə olaraq, bu il iyul ayı sərin keçib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, 2004-cü ilin iyul ayının hava şəraiti ilə bu ilki iyul ayının hava şəraiti oxşardır. Bu il iyulun sərin keçməsinin əsas səbəbi şimal və şimal-qərb küləklərinin üstünlük təşkil etməsi olub. A.Verdiyev qeyd edib ki, hazırda Bakıda havanın temperaturu iqlim normasından 1-2 dərəcə aşağıdır. Bu il iyulda Bakıda havanın ən yüksək sutkalıq temperaturu iyulun 18-də (iyulun 29-dək olan məlumat) qeydə alınıb. İyulun 18-də Bakıda havanın sutkalıq temperaturu 37,5 dərəcə isti olub. Ölkə üzrə isə iyulda (iyulun 29-dək olan məlumat) ən yüksək sutkalıq temperatur Mərkəzi Aran rayonlarında müşahidə edilib. Bəzi Aran rayonlarında iyulun 17-də sutkalıq temperatur 42 dərəcə isti olub. Bakıda bu il iyul ayı ərzində ən aşağı sutkalıq temperatur isə iyulun 13-də olub. Həmin gün sutkalıq temperatur 19,2 dərəcə isti olub. A.Verdiyev qeyd edib ki, 2004-cü ildə Bakıda iyul ayı ərzində ən yüksək sutkalıq temperatur 37 dərəcə, ən minimal sutkalıq temperatur isə 14 dərəcə olub. / Teqlər : #Son 12 ildən sonra ilk dəfə bu il iyul sərin keçib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MTRŞ-dan ANS barədə AÇIQLAMA: “Lisenziya üçün təkrar müraciət edə bilməz” Bahalaşma davam edəcək” - Qorxunc proqnoz