Son yağışlardan sonra çay və transsərhəd çaylarda mövcud vəziyyət

Son yağışlardan sonra çay və transsərhəd çaylarda mövcud vəziyyət

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-60 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyət iyulun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 45 m3/s olmaqla ongünlük normanın 29 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 144 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 20 m3/s təşkil edərək ongünlük normanın 23 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 8, Bankədə 3 sm azalma, Surrada isə 2 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 344 sm (2015-ci il iyulun 25-də 356 sm), Salyanda 122 sm (2015-ci il iyulun 25-də 133 sm), Bankədə 191 sm (2015-ci il iyulun 25-də 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2015-ci il iyulun 25-də 66 sm) təşkil edir. /

Google+ WhatsApp ok.ru