Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq, güclü külək əsəcək

İyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
 
Maide.Az xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
 
İyunun 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 25-30 dərəcə isti olacaq.
 
Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 01-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, 30-u və 01-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək.
 
XƏBƏRDARLIQ 
 
İyunun 29-u axşamdan iyulun 02-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Google+ WhatsApp ok.ru