İstirahət gününün hava proqnozu açıqlanıb 20 May 2017 01:00 Ölkə Mayın 21-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 20-24° isti, Bakıda gecə 14-16° isti, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir. Teqlər : #İstirahət gününün hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mayın 22-də Bakıda 35 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək - XƏBƏRDARLIQ Azərbaycanda yaşayan əcnəbi sürücülər üçün YENİLİK