Sumqayıtda məmur məcburi köçkünü təhqir etdi - FOTO

Nicat Zahidovun şikayətinə məhəl qoyan yoxdur Qubadlı rayonun Dondarlı kəndindən məcburi köçkün düşmüş və hazırda Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən 41 saylı orta məktəbdə məskunlaşmış Zahidov Nicat Şövkət oğlu tərəfindən saytımıza şikayət məktubu daxil olub. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
 
"Yazıb sizə bildirirəm ki, qaçqınlıq həyatına Sumqayıtda başladıqdan bu yana, 6 nəfərlik ailəmlə çox pis bir vəziyyətdə yaşayıram. Buna səbəb isə evimizin olmaması, yaşadığımız məktəbin şəraitinin isə bərbad halda olmasıdır. Altı nəfərin bir otaqda, özüdə bu cür qorxulu otaqda qalması çox acınacaqlı və qorxuludur. Atam Tanrıverdiyev Şövkət ikinci qrup əlildir. Əlillik ucbatından işləyə də bilmir. Anam isə iki dəfə iflic keçirtdiyindən, yataq xəstəsidir. Mən də, atam kimi ikinci qrup əliləm. Sağ böyrəyimi çıxarılıb, sol böyrək çatışmazlığından isə əziyyət çəkirəm. Sosial problemimiz ilə əlaqədar, dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etmişəm, amma heç bir faydası yoxdur. Neçə dəfə Qubadlı rayon İcra Hakimiyyətinə gedib vəziyyətimi bildirsəm də, heç bir xeyri olmayıb. Məni "gəlib həll edəcəyik",-deyərək yola salırlar, lakin heç bir xeyri yoxdur. Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə iki dəfə müraciət etmişəm. Orda da mənə icra hakimiyyəti kimi vədlər verib yola salıblar, heç bir müsbət işləri yoxdur. Ombudsmana və digər yerlər də imdadımıza çatmayıb. İşimizə kömək etməmələri bir yana, bizi icra hakimiyyətində müavin təhqir edib, söyüşlə yola saldı.”
 
 
 

Google+ WhatsApp ok.ru