Sumqayıtın bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq 04 Noyabr 2019 10:12 Ölkə Bu gün Sumqayıt şəhərinin bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq. “Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur. Teqlər : #Sumqayıtın,#bəzi,#qəsəbələrində,#suyun,#verilməsi,#məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir Sabahın hava proqnozu açıqlanıb