Sumqayıt və Abşeron avtomobilləri də Bakıya buraxılmayacaq

Rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə qoyulan qadağa Sumqayıt və Abşeron qeydiyyatında olna avtomobillərə də aiddir. Bunun mətbuata açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
DYP rəsmisi bildirib ki, sentyabrın 15-də Bakı-Sumqayıt xətti üzrə hərəkət edəcək yeni qatarlar istifadəyə veriləcək. Sumqayıt sakinlərinə Bakı şəhərinə gəlmək üçün ən təhlükəsiz nəqliyyat vasitəsi olan dəmiryol xəttindən istifadə etmək tövsiyə olunur.
 
Xatırladaq ki, sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillər səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq. Bu avtomobillər yalnız gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakı şəhərinə daxil ola biləcəklər. /
 

Google+ WhatsApp ok.ru