Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı aeroportda həbs edilib

Suriyada döyüşlərdə iştirak etmiş azərbaycanlı həbs edilib.

APA-nın əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Şahbazi Bəhruz Bəxtiyar oğlu Heydər Əliyev Beynəlxalq Aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
 
Aparılan araşdırmalar zamanı onun Türkiyə vasitəsi ilə Suriyaya gedərək döyüşlərdə iştirak etdiyi məlum olub.
 
B. Şahbazi Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya dəstə yaratma) maddəsinə əsasən təqsirləndirilir.

Google+ WhatsApp ok.ru