Təmas xəttində düşmən təxribatının qarşısı alınıb 27 Oktyabr 2016 01:00 Qarabağ xəbərləri Düşmən əsgəri cavab atəşi ilə öldürülüb Qoşunların təmas xəttində erməni silahlı bölmələrinin təxribatının qarşısı alınarkən bir düşmən hərbçisi öldürülüb. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da 1996-cı il təvəllüdlü Qurqen Ayvazyan cavab atəşi ilə məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi isə oktyabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstərdiyi, düşmənin fəaliyyətinin əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulduğu, ölü və yaralı olaraq itki verən düşmənin geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayıb. / Teqlər : #Təmas xəttində düşmən təxribatının qarşısı alınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 26 dəfə pozub Ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimə başlayıblar
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni