Təhsil Nazirliyi: Hər kəs övladının əyani dərslərdə iştirakını təmin etməlidir 24 Sentyabr 2021 14:26 Ölkə "Hər kəs övladının əyani dərslərdə iştirakını təmin etməlidir". Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli Qərarına əsasən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 2.4-cü bəndi ləğv edilib. “Beləliklə, əyani tədrisə keçid müəyyən olunub və təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması məsələsi ləğv edilib. Ona görə də hər kəs övladının əyani dərslərdə iştirakını təmin etməlidir”. Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 2.4-cü bəndinə əsasən, təhsil müəssisələri təhsilalanların tədris və təlim-tərbiyə prosesində əyani iştirakının könüllülük prinsipi əsasında təmin edildiyini nəzərə almalı idi. Teqlər : #Təhsil,#Nazirliyi:,#Hər,#kəs,#övladının,#əyani,#dərslərdə,#iştirakını,#təmin,#etməlidir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şənbə gününün hava proqnozu açıqlandı Oktyabrın 1-dən ictimai nəqliyyat və metro həftəsonu da işləyəcək