İtaliyadan qələbə, Fransa və Portuqaliya uduzdu - VİDEO

İtaliyadan qələbə, Fransa və Portuqaliya uduzdu - VİDEO

Dünyanın bir sıra ölkələrinin yığmaları yoldaşlıq oyunlarında üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, baş tutan görüşlərin arasında azarkeşlərin daha çox diqqətini çəkən matçlar da var.
 
Belə ki, DÇ-2018-in seçmə mərhələsi oyununda Bolqarıstana uduzan və baş məşqçi Danni Blindi istefaya yollayan Hollandiya millisinin İtaliya ilə üz-üzə gəlib. "Narıncılar" bu görüşdə də uduzub - 1:2.
 
Seçmə mərhələdə uyğun olaraq Lüksemburqu 3:1 və İsraili 4:1 hesabı ilə məğlub edən Fransa ilə İspaniyanın qarşılaşması da xüsusi maraqlı keçib. "Matadorlar" iki cavabsız qola sevinib - 0:2.
 
Portuqaliya isə 2:0 önə keçdiyi oyunda İsveçə məğlub olub - 2:3.
 
Yoldaşlıq oyunları
28 mart
 
Avstriya – Finlandiya - 1:1
Qollar: Arnautoviç, 62 - Yensen, 76
 
Hollandiya – İtaliya - 1:2
Qollar: Romanyoli, 10 (öz qapısına) - Eder, 11, Bonuççi, 32
 
İrlandiya – İslandiya - 0:1
Qol: Maqnusson, 21
 
Portuqaliya – İsveç - 2:3
Qollar: Ronaldo, 18, Qranqvist, 34 (öz qapısına) - Klaesson, 57, 76, Kanselo, 90+3 (öz qapısına)
 
Fransa – İspaniya - 0:2
Qollar: David Silva, 68, Delofo, 77

Португалия - Швеция 2:3. Обзор товарищеского матча (2017). от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Франция - Испания 0:2. Обзор товарищеского матча. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Нидерланды - Италия 1:2. Обзор товарищеского матча (2017). от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Google+ WhatsApp ok.ru