Tanınmış ilahiyyatçı həbs olundu

Elşən Mustafaoğlu 3 gün MTN-də saxlanıldıqdan sonra barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
İlahiyyatçı Elşən Mustafaoğlu həbs olunub.

İslamazeri.az saytının məlumatına görə, o, 3 gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılırmış. Məlumatı sayta Elşən Mustafaoğlunun yaxınları verib.
Saytın xəbərində qeyd olunur ki, dekabrın 19-da Hacı Elşən Mustafaoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İlahiyyatçı artıq 3 gündür MTN-in təcridxanasında saxlanılırmış.
Elşən Mustafaoğlunun dövlətə xəyanət maddəsi ilə ittiham edildiyi barədə məlumat yayılıb. Lakin məlumat rəsmi olaraq təsdiqlənməyib.
Qeyd edək ki, E.Mustafaoğlu iki ilə yaxın Norveçdə elmi layihə ürə çalışıb və bu ilin əvvəllərində ölkəyə qayıdıb. Bir neçə ay əvvəl isə QMİ ilə əməkdaşlığa başlamışdı. Hələlik onun hansı səbəbdən saxlanıldığı və hansı maddə ilə ittiham olunduğu bilinmir.
Xəbərlə əlaqəli məlumat olduqca yenilənəcək.  /

 

Google+ WhatsApp ok.ru