Tanınmış jurnalist vəfat edib

Tanınmış jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.
M.İsmayıloğlu Respublika Kliniki Xəstəxanasında böyrək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, Mahal İsmayıloğlu 1957-ci ilin yanvarın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub.
1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsində oxuyub. 1982-1984- cü illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb.
1984-1987-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1987-1990-cı illərdə Neft və Kimya İnstitutunun (İndiki Neft Akademiyasının) çoxtirajlı qəzetinin redaktoru olub. 1990-cı ilin avqustundan “Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”nin baş redaktoru işləyib.
Bundan əlavə, o, "Yeni Müsavat" və "Azadlıq" qəzeti ilə də əməkdaşlıq edib.

Google+ WhatsApp ok.ru