Telefon xətti çəkdirmək istəyənlərin işi asanlaşdı - VİDEO

Telefon xətti çəkdirmək istəyənlərin işi asanlaşdı - VİDEO

Əvvəllər evə vəya ofisə yeni telefon xətti çəkdirmək üçün bir çox yerə getmək müəyyən prosedurlardan keçmək lazım gəlirdsə, artıq buna ehtiyac qalmayacaq. Sadəcə olaraq "elektron hökumət" portalına daxil olub elə "online” ödəniş etməklə yeni telefon xəttinə sahib ola bilərsiniz.
 
Telefon xətti çəkdirmək istəyənlərin işi asanlaşdı.Artıq hec bir yerə getmədən vaxt itirmədən sadəcə online qeydiyyatdan keçməklə yeni telefon xətti çəkdirmək mümkündür
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron hökumət" portalında təqdim etdiyi elektron xidmət hazırda Bakı şəhəri üçün aktivdir.
 
Xidmətdən istifadə etmək üçün Evin qeydiyyat şəhadətnaməsi ,Sərəncam,Order vəya müqaviləsi yəni bu 4 sənəddən birinin olması vacibdir.Əgər hər vacib olan sənədlər olmazsa o zaman qeydiyyat aparılmır.
 
Əgər yaşadığınız ərazidə telefon çəkilişi üçü problemlər varsa buda qeydiyyat zamanı sifarişçiyə bildirilir.
 
Eyni zamanda, "Telefonun addan-ada keçirilməsi"ni də elektron qaydada həyata keçirmək mümkündür.
 
Ruhəngiz Qarayevanın sözlərinə görə online xidmət insanların işini asanlaşdırmaq yanaşı həmçinin baş verən neqativ hallarında qarşısını almağa kömək edəcək.Qeyd edək ki, indiyədək "Elektron hökumət" portalı üzərindən "Telefonun addan-ada keçirilməsi" üçün 8 765-ə, "Yeni telefon çəkilişi"üçünsə 13637 müraciət olunub.(xezerxeber)
 

Google+ WhatsApp ok.ru