Texnologiya sahəsində nəhəng müqavilə imzalandı

İki məşhur texnologiya şirkəti ağıllı telefon istehsalı sahəsində müqavilə imzaladı.
Maide.az xəbər verir ki, Çinin “Huawei” şirkəti ilə ABŞın “Google” şirkəti “Nexus” ağıllı telefon seriyasından olan “6P” modelini birgə istehsal etmək üçün razılıq əldə ediblər.
Birgə istehsalın qlobal miqyasda daha çox istifadəçi tərəfindən diqqət çəkməsi gözlənilir. Yeni istehsal ediləcək modelin Avropa və Amerika bazarında daha çox satılacağı bildirilir.
Yeni modelin geniş ekrana sahib olacağı və “Samsung Galaxy Note”, “Iphone 6 plus” kimi telefonlara rəqib olacağı açıqlanıb./

Google+ WhatsApp ok.ru