Tikinti materiallarının istehsalı azalıb - 48.5 faiz

Yanvar-fevral aylarında tikinti materialları sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunmuş məhsulun ümumi dəyəri 48,5 faiz azalaraq 29,9 milyon manat təşkil edib.
 
“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsindən Azərtac-a verilən xəbərə görə, həmin müddət ərzində sement istehsalı 44,6 faiz, beton qarışığı istehsalı 61,6 faiz, tikinti əhəngi istehsalı 14,7 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı isə 77,5 faiz azalıb./
 

Google+ WhatsApp ok.ru